​Moskva-Lənkəran təyyarə reysi təxirə salınıb

​Moskva-Lənkəran təyyarə reysi təxirə salınıb Təyyarə 13:20-də Lənkəranda eniş etməli idi
İnfrastruktur
20 Yanvar , 2016 03:52
​Moskva-Lənkəran təyyarə reysi təxirə salınıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Yanvarın 20-də Rusiyanın paytaxtı Moskvada Azərbaycanın Lənkəran şəhərinə uçmalı olan təyyarə reysi təxirə salınıb.

"Report" "Domodedovo" aeroportunun elektron tablosuna istinadən xəbər verir ki, "U6 2421" saylı reys "Ural Airlines" aviaşirkətinə məxsus "Airbus A321" təyyarəsi ilə həyata keçirilməli idi.

Məlumata görə, təyyarənin Bakı vaxtı ilə saat 09:20-də Moskvadan havaya qalxması və 13:20-də Lənkəranda eniş etməsi nəzərdə tutulurdu.

Son günlər Rusiyada qar və çovğun səbəbindən onlarla təyyarə reysi təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi