"Montenegro Airlines" Azərbaycandan Monteneqroya son üç çarter reysini yerinə yetirməyəcək

"Montenegro Airlines" Azərbaycandan Monteneqroya son üç çarter reysini yerinə yetirməyəcək Uçuşların ləğvi aviaşirkət ilə Azərbaycandakı turoperator arasında yaşanan müəyyən məsələlərlə bağlıdır
İnfrastruktur
15 Avqust , 2016 11:00
Montenegro Airlines Azərbaycandan Monteneqroya son üç çarter reysini yerinə yetirməyəcək

Bakı. 15 avqust. REPORT.AZ/ "Montenegro Airlines" aviaşirkəti Azərbaycan və Monteneqro arasında çarter reyslərinin həyata keçirilməsini dayandırıb.

Monteneqronun Azərbaycandakı fəxri konsulluğundan "Report"a verilən məlumata görə, uçuşların ləğvi aviaşirkət ilə Azərbaycandakı turoperator arasında yaşanan müəyyən məsələlərlə bağlıdır.

Məlumata görə, "Montenegro Airlines" aviaşirkəti son üç çarter reysini həyata keçirməyəcək.

Çernoqoriyaya turpaket alan turistlərin bildirdiklərinə görə, turagentliklər istirahət edənlərin uçuşunu digər aviaşirkətlər vasitəsilə təşkil etməyə çalışır.

Son xəbərlər

Orphus sistemi