"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb Bakı. 4 fevral. REPORT.AZ/ Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yaradılması və işçilərinin say həddinin müəyyən edilməsi haqqında qərar qəbul edib.
İnfrastruktur
4 Fevral , 2019 23:37
Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb

Bakı. 4 fevral. REPORT.AZ/ Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir"” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yaradılması və işçilərinin say həddinin müəyyən edilməsi haqqında qərar qəbul edib.

"Report"un məlumatına görə, qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb. MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Bakı Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi