Yuxarı

"Mitsubishi Motors" "Nissan"ın nəzarəti altında keçir

Şirkətin Direktorlar Şurası Nissan Motor korporasiyasının nəzarəti altına keçmək qərarına gəlib

Bakı. 12 may. REPORT.AZ/Yaponiyanın "Mitsubishi Motors" şirkətinin Direktorlar Şurası səhmlərinin 34%-ni 200 milyard yenə (1,8 milyard ABŞ dollarından artıq qiymətə) "Nissan Motor" korporasiyasına satmaqla faktiki olaraq, onların nəzarəti altına keçməyə qərar verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbələrinə istinadən NHK telekanalı məlumat verib.

"Nissan Motor"un Direktorlar Şurasının da bu qərarı təsdiq edəcəyi gözlənilir.

Sənədlərin imzalanmasından sonra korporasiya "Mitsubishi Motors"un əsas səhmdarı olacaq və faktiki olaraq onu öz şirkətlər qrupuna daxil edəcək. Şirkətlərin dərhal əməkdaşlığı genişləndirəcəyi güman edilir.

Bu barədə xəbər yayıldıqdan sonra bu gün Tokio Fond Birjasında "Mitsubishi Motors"un səhmlərinə yüksək tələbat yaranıb.

Qeyd edək ki, "Mitsubishi Motors"un bu sövdələşmədən sonra "Nissan Motor" və "Renault" (Fransa) ittifaqına qoşulacağı gözlənilir. "Üçlük" ötən il birlikdə 9,5 milyondan çox avtomobil satışı həyəta keçirib ki, bu da dünya avtomobilqayırmasının lideri "Toyota Motor"un göstəricisinə yaxındır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi