Bakının Mirzəağa Əliyev küçəsində hərəkət məhdudlaşdırılır

Bakının Mirzəağa Əliyev küçəsində hərəkət məhdudlaşdırılır “Azəravtoyol”: Hərəkətin məhdudlaşdırılması sözügedən ərazidə aparılan yenidənqurma işləri bitənədək qüvvədə olacaq
İnfrastruktur
30 Mart , 2017 18:34
Bakının Mirzəağa Əliyev küçəsində hərəkət məhdudlaşdırılır

Bakı. 30 mart. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması çərçivəsində Mirzəağa Əliyev küçəsinin Murtuza Muxtarov küçəsi ilə kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti martın 31-dən etibarən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən ərazidə aparılan yenidənqurma işləri bitənədək qüvvədə olacaq: "Bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik."

Son xəbərlər

Orphus sistemi