Yuxarı
    Bağlamaq

    Minskdə MDB Dəmiryol Nəqliyyatı Şurasının iclası keçiriləcək

    İclasda yük vaqonlarının inventarizasiyasına hazırlıq məsələsi müzakirə ediləcək

    Bakı. 18 May. REPORT.AZ/ Mayın 20-21-də “Renessans Minsk” otelində MDB-nin iştirakçısı olan dövlətlərin Dəmiryol Nəqliyyatı Şurasının 62-ci iclası olacaq. "Report"un məlumatına görə, bu barədə AZƏRTAC-a Belarusun paytaxtında Birliyin İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildiriblər.

    İclasda MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev iştirak edəcək.

    Şuranın üzvləri əvvəlki iclasın qərarlarının yerinə yetirilməsi gedişini, 2014-cü ildə və 2015-ci ilin birinci rübündə beynəlxalq nəqliyyat sahəsində dəmiryol şəbəkəsinin və sərnişin kompleksinin istismarı işinin yekunlarını müzakirə edəcəklər.

    2015/2016-cı il üçün qatarların normativ hərəkət qrafikinin hazırlanması, 2014-cü il ərzində və 2015-ci ilin birinci rübündə dəmiryol idarələri arasında qarşılıqlı hesablaşmaların vəziyyəti məsələləri də müzakirə olunacaq.

    İclasda 2014-cü ildə konteynerlərin inventarizasiyasına yekun vurmaq və 2015-ci ildə yük vaqonlarının inventarizasiyasına hazırlığı müzakirə etmək planlaşdırılır.

    2014-cü ildə MDB-nin iştirakçısı olan dövlətlərin dəmiryol nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi konsepsiyası haqqında MDB Hökumət Başçıları Şurasının 18 oktyabr 1996-cı il tarixli qərarının yerinə yetirilməsi gedişi barədə məlumat dinləniləcək, bir sıra maliyyə məsələləri nəzərdən keçiriləcəkdir.

    İclasın iştirakçıları Şura Direksiyasının sədri, onun müavinləri haqqında və Şuranın fəxri fərmanı ilə təltifat barədə haqqında qərar qəbul edəcəklər.

    Şuranın Minskdə keçiriləcək iclasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Ermənistan, habelə Gürcüstan, Latviya, Bolqarıstan, Finlandiya, Litva, Estoniya və İranın dəmiryol idarələrinin rəhbərləri başda olmaqla onların nümayəndə heyətləri iştirak edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi