Yuxarı

Mingəçevir su anbarında suyun səviyyəsi 40 illik minimumu yeniləyib

​Mingəçevir su anbarında suyun səviyyəsi 40 illik minimumu yeniləyib

“Son illər yer kürəsində iqlim dəyişiklikləri mövcuddur və bu, Azərbaycandan da yan keçməyib”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin su anbarları və hidroqovşaqların istismarı sektorunun müdiri Elxan Hüseynov deyib.

Onun sözlərinə görə, son illər Kür çayında suyun səviyyəsi azalmaq üzrədir və bu, Mingəçevir Su Anbarının işinə təsir edir: “Hazırda anbarda suyun səviyyəsi son 40 il üzrə ən aşağı həddədir. Bu da bir sıra rayonların su ilə təminatına təsir edir. Hazırda azalmanı aradan qaldırmağa çalışırıq. Məsələn, ötən il ölkə Prezidentinin tapşırığı ilə Yuxarı Şirvan kanalında dərinləşdirmə işləri aparılıb”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi