​Mingəçevir Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrıldı

​Mingəçevir Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrıldı Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
25 Fevral , 2015 18:55
​Mingəçevir Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrıldı

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və kommunal texnikanın alınmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, dövlət başçısı Mingəçevir şəhərinin mənzil fonduna daxil olan daha 22 çoxmənzilli binanın əsaslı təmirinin həyata keçirilməsi və kommunal texnikanın alınması məqsədilə qərara alıb ki, Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin daha da sürətləndirilməsi və kommunal texnikanın alınması məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 10 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi