Yuxarı
    Bağlamaq

    ​Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun birinci hissəsinin tikintisinə başlanılır

    Yenidənqurma işləri yolun 16,5 kilometrlik hissəsində aparılacaq

    Bakı. 5 noyabr. REPORT.AZ/ Yaxın günlərdə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsinin birinci hissəsinin tikintisi işlərinə start veriləcək. Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən "Report"a daxil olan xəbərə görə, təmir işləri yolun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasında olan 16,480 km-lik hissəsində aparılacaq.

    II dərəcəli avtomobil yolunun ümumi eni 15 metr olmaqla iki hərəkət zolağından ibarətdir. Layihəyə əsasən, hər bir hərəkət zolağının eni 3,75 metrdir. Yolun kənarlarında 0,75 metr asfalt örtüklü və 3,0 metr ikiqat bituma hopdurulmuş əsasın alt layı materialından olmaqla çiyinlərin eni 3,75 metr olması nəzərdə tutulub.

    Yol geyiminin qalınlığı 72 sm olacaq. Bura 30 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm örtüyün üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir. Yol üzərində yerləşən bir körpü sökülərək yerində yenisi inşa ediləcək. Kürəkçay üzərindəki körpü 1 aşırımlı və 18 metr uzunluğunda olacaq.

    Yenidənqurma işləri çərçivəsində Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmir yolu stansiyası arasında olan hissəsində 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı su keçidinin tikintisi də aparılacaq.

    Qeyd edək ki, uzunluğu 154 km olan Mingəşevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsi üç hissədən ibarətdir və digər iki hissənin tikintisi ilə bağlı tender hələlik elan edilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi