Milli Məclis Vergi Məcəlləsinə dəyişikliyi təsdiq edib

Milli Məclis Vergi Məcəlləsinə dəyişikliyi təsdiq edib Bu dəyişiklik beynəlxalq daşıma anlayışının dəyişdirilməsi ilə bağlıdır
İnfrastruktur
25 Aprel , 2017 13:07
Milli Məclis Vergi Məcəlləsinə dəyişikliyi təsdiq edib

Bakı. 25 aprel. REPORT.AZ/ "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiqlənib.

"Report"un verdiyi xəbərə görə, layihəni təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişiklikdə məqsəd beynəlxalq daşıma anlayışının dəyişdirilməsi ilə bağlıdır.

Dəyişikliklə beynəlxalq daşıma - yük, sərnişin, baqaj və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycanda yerləşən göndərilmə məntəqəsi ilə digər dövlətdəki təyinat məntəqəsi arasında daşınmasıdır.

Son xəbərlər

Orphus sistemi