MİDA-nın tikdiyi binalardakı 500 mənzilə qabaqcadan qeydiyyat sənədi alınıb

MİDA-nın tikdiyi binalardakı 500 mənzilə qabaqcadan qeydiyyat sənədi alınıb Bakı. 16 noyabr. REPORT.AZ/ Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tikdiyi binalardakı mənzillərin qiymətini onun ölçüsünə görə müəyyən etməyəcək, konkret qiymət müəyyən olunacaq. 
İnfrastruktur
16 Noyabr , 2017 15:50
MİDA-nın tikdiyi binalardakı 500 mənzilə qabaqcadan qeydiyyat sənədi alınıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tikdiyi binalardakı mənzillərin qiymətini onun ölçüsünə görə müəyyən etməyəcək, konkret qiymət müəyyən olunacaq. 

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında MİDA-nın aparat rəhbəri Anar Quliyev bildirib. 

O həmçinin əlavə edib ki, artıq 500-ə qədər mənzilin qabaqcadan qeydiyyat sənədi hazırdır: "Bu sənəd mənzil satılmazdan öncə alınmalıdır və o, vətəndaşa mülkiyyət hüququ verir. Yəni sabah həmin şəxs bu sənədi təqdim edib kredit də götürə bilər. Hazırda kompleksdə olan mənzillərin 500-ə qədəri üçün adıçəkilən sənəd alınıb".

Agentlik rəsmisi həmçinin qeyd edib ki, artıq 7 mindən çox şəxs güzəştli şərtlərlə mənzil almaq üçün qeydiyyatdan keçib.

Son xəbərlər

Orphus sistemi