MİDA-nın tenderinin qalibi müəyyən edilib

MİDA-nın tenderinin qalibi müəyyən edilib Bu, "Merkuri-İnşaat" və "Qaz Oil Building" şirkətləridir
İnfrastruktur
18 Sentyabr , 2017 10:40
MİDA-nın tenderinin qalibi müəyyən edilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC-nin iyunun 21-də elan etdiyi açıq tenderin qalibləri müəyyən olunub. “Report” xəbər verir ki, tender iki lot üzrə keçirilib.

Məlumata görə, lot-1 üzrə “Merkuri-İnşaat” MMC (“Conco” MMC ilə konsorsiumda), lot-2 üzrə “Qaz Oil Building” MMC qalib müəyyən edilib. Artıq tərəflər arasında müvafiq satınalma müqavilələri bağlanıb.

Xatırladaq ki, tender "MİDA" MMC-nin Bakı şəhərinin Yasamal rayonu ərazisində xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksinin tikintisi ilə əlaqədar elan edilmişdir.

Son xəbərlər

Orphus sistemi