"MİDA" MMC-nin gələn il üçün perspektiv inkişaf planı hazırlanacaq

"MİDA" MMC-nin gələn il üçün perspektiv inkişaf planı hazırlanacaq Bu gün şirkətin Müşahidə Şurasının ilk iclası keçirilib
İnfrastruktur
13 Oktyabr , 2016 15:41
MİDA MMC-nin gələn il üçün perspektiv inkişaf planı hazırlanacaq

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin Müşahidə Şurasının ilk iclası keçirilib. Bu barədə "Report"a Agentlikdən bildirilib.

Məlumata görə, 5 nəfərdən ibarət olan MŞ-nın tərkibinə Agentliyin vəzifəli şəxsləri, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, əməkdar memar Gülçöhrə Məmmədova, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Müşahidə Şurasının sədri Rüfət Mahmud daxildir. MŞ-nın sədri isə MİDA-nın direktor müavini Sadiq Sadiqovdur.

İclasda MŞ-nın fəaliyyətinin təşkili ilə bağlı qərarlar qəbul edilib, “MİDA” MMC-nin ötən müddət ərzində fəaliyyəti barədə hesabat dinlənilib və şirkətin 2017-ci ildə perspektiv inkişafı planının hazırlanması ilə bağlı tapşırıq verilib. Bununla yanaşı, MŞ-nın qərarı ilə “MİDA” MMC-nin daxili audit şöbəsinin rəhbəri təyin edilib, şöbənin işinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi