MİDA mənzillərin bir hissəsini Təhsil Nazirliyinə təqdim edəcək

MİDA mənzillərin bir hissəsini Təhsil Nazirliyinə təqdim edəcək Bakı. 29 dekabr. REPORT.AZ/ Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) dövlət sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihəsi ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən gənc ailə üzvü kateqoriyasına aid olmayan, təhsil sahəsində çalışan digər işçiləri əhatə edəcək.
İnfrastruktur
29 Dekabr , 2017 17:00
MİDA mənzillərin bir hissəsini Təhsil Nazirliyinə təqdim edəcək

Bakı. 29 dekabr. REPORT.AZ/ Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) dövlət sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihəsi ən azı "5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən gənc ailə üzvü" kateqoriyasına aid olmayan, təhsil sahəsində çalışan digər işçiləri əhatə edəcək.

Bu barədə “Report”a MİDA-nın Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Təhsil Nazirliyinin müraciəti əsasında reallaşdırılacaq ilk dövlət sifarişi layihəsi çərçivəsində Yasamal Yaşayış Kompleksinin ərazisində 1 binanın tikintisi nəzərdə tutulur. Həmin yaşayış evinin mənzillərinin bir hissəsi Təhsil Nazirliyi tərəfindən təhsil işçilərinə təqdim olunacaq, qalan hissəsi isə MİDA MMC-nin sərəncamına verilərək “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi