MİDA “Kapital Bank”la əməkdaşlığa başlayıb

MİDA “Kapital Bank”la əməkdaşlığa başlayıb Bank agentliyin tabeliyindəki "MİDA" MMC-nin agent bankı olub
İnfrastruktur
21 İyul , 2017 11:39
MİDA “Kapital Bank”la əməkdaşlığa başlayıb

Bakı. 21 iyul. REPORT.AZ/ “Kapital Bank” ASC Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) agent bankı olub.

Bu barədə “Report”a MİDA-dan bildirilib.

Məlumatda deyilir ki, güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşlar güzəştli ipoteka kreditindən “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil banklarının siyahısına daxil olan və “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi bağlayan agent banklar vasitəsilə yararlana bilər. MİDA bunun üçün Fondun 25 müvəkkil bankına müraciət edib və əməkdaşlıq etmək niyyətini təsdiqləyərək tələb olunan sənədləri təqdim edən ilk kredit təşkilatı “Kapital Bank” olub. Ötən gün Bankla “MİDA” arasında müvafiq əməkdaşlıq müqaviləsi imzalanıb. 

Son xəbərlər

Orphus sistemi