MİDA ilk binasını tikəcəyi yeri müəyyənləşdirib

MİDA ilk binasını tikəcəyi yeri müəyyənləşdirib Yaşayış kompleksi paytaxtın Yasamal rayonunda inşa olunacaq
İnfrastruktur
2 Noyabr , 2016 15:28
MİDA ilk binasını tikəcəyi yeri müəyyənləşdirib

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilk layihəsinin icrasına başlayıb. 

Bu barədə "Report"a Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, MİDA MMC-nin sifarişi ilə çoxmənzilli binaların inşa olunacağı ilk yaşayış kompleksi Bakı şəhəri, Yasamal rayonu, dairəvi avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə salınacaq.

Qeyd edək ki, həmin yaşayış kompleksi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə salınır.

Son xəbərlər

Orphus sistemi