Yuxarı

Metronun “Nizami” stansiyasında eskalatorun əsaslı təmiri başa çatıb

Metronun ​“Nizami” stansiyasında eskalatorun əsaslı təmiri başa çatıb

Bu ilin iyun ayında texniki normativlərin tələbinə uyğun olaraq əsaslı təmirə dayandırılmış "Bakı Metropoliteni" QSC-nin “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatoru istismara verilib.

Qurumdan "Report"a verilən məlumata görə, ötən müddət ərzində eskalator sökülərək təftiş edilib, təmir işləri aparılıb, zəruri hissələr yenilənib. Quraşdırma və sınaq-tənzimləmə işlərindən sonra müvafiq baxış keçirilərək eskalatorun istismar vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, görülən işin keyfiyyəti qiymətləndirilib.

Bu tip eskalatorlar 110 000 km-ə yaxın qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi