Metronun “Koroğlu” stansiyasının yaxınlığındakə avtobus dayanacağı ləğv edilir

Metronun “Koroğlu” stansiyasının yaxınlığındakə avtobus dayanacağı ləğv edilir Bakı. 18 aprel. REPORT.AZ/ Bakı Metropoliteninin “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb.
İnfrastruktur
18 Aprel , 2018 09:23
Metronun “Koroğlu” stansiyasının yaxınlığındakə avtobus dayanacağı ləğv edilir
Bna.az

Bakı. 18 aprel. REPORT.AZ/ Bakı Metropoliteninin “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb. 

Bakı Nəqliyyat Agentliyindən "Report"a verilən məlumata görə, hazırda yol kənarında məhəccərlərin quraşdırılmasına başlanılıb. 

Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq.

Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (NMN) ətraf kənd və qəsəbələrə hərkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər. Artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib. Sərnişinlərdən tətbiq ediləcək dəyişikliyə anlayış göstərmələri və metrostansiyadan çıxışda “Koroğlu” NMM istiqamətində hərəkət etmələri xahiş edilir.

Qeyd edək ki, avtobus dayanacaq məntəqəsi aprelin 21-də ləvğ ediləcək.

Son xəbərlər

Orphus sistemi