Metronun "Həzi Aslanov" stansiyasında eskalator əsaslı təmirə dayandırılır

Metronun "Həzi Aslanov" stansiyasında eskalator əsaslı təmirə dayandırılır Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı Metropoliteninin Həzi Aslanov stansiyasında ET-5M markalı 2 saylı eskalator noyabr ayının 14-də əsaslı təmirə dayandırılacaq.
İnfrastruktur
12 Noyabr , 2017 17:33
Metronun Həzi Aslanov stansiyasında eskalator əsaslı təmirə dayandırılır

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator noyabr ayının 14-də əsaslı təmirə dayandırılacaq.

Bakı Metropoliteni" QSC-dən "Report"a verilən məlumata görə, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.

Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi