Metronun "Bakmil" stansiyasına hərəkət 2 günlük bərpa edilib

Metronun "Bakmil" stansiyasına hərəkət 2 günlük bərpa edilib Bakı. 11 avqust. REPORT.AZ/ Avqustun 11-12-də təmir işləri ilə əlaqədar Bakmil stansiyasına və əksinə, qatarların hərəkətinə qoyulmuş məhdudiyyət tətbiq edilməyəcək. Bunu “Report”a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
İnfrastruktur
11 Avqust , 2018 08:54
Metronun Bakmil stansiyasına hərəkət 2 günlük bərpa edilib

Bakı. 11 avqust. REPORT.AZ/ Avqustun 11-12-də təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına və əksinə, qatarların hərəkətinə qoyulmuş məhdudiyyət tətbiq edilməyəcək. Bunu “Report”a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, sərnişinlər qeyd edilən tarixlərdə "Bakmil" stansiyasına və əksinə istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq hərəkət edə bilərlər.

Qeyd edək ki, avqust ayının 8-dən yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı, müvəqqəti olaraq, 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.

Qeyd edilən saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən - avqust ayının 13-dən tətbiq ediləcək.

Son xəbərlər

Orphus sistemi