Yuxarı
    Bağlamaq

    Metronun “Avtovağzal” stansiyasının ətrafında yeni yol hissəsi salınıb

    Yeni yol hissənin salınması meydançadan piyadaların, nəqliyyat vasitələrinin, ictimai nəqliyyatın rahat hərəkətinə imkan yaradacaq

    Bakı. 12 avqust. REPORT.AZ/ “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində nəqliyyat vasitələrinin, ictimai nəqliyyatın və piyadaların rahat gediş- gəlişini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirməkdə davam edir.

    "Azəravtoyol" ASC-dən "Report"a verilən məlumata görə, bu tədbirlər sırasında metronun “Avtovağzal” stansiyasının digər giriş-çıxış hissəsinə rahat gediş-gəlişi təmin etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yaşıllıq səhəsindən istifadə etməklə yeni yol hissəsinin salınması da yer alır.

    Yeni yol hissənin salınması metronun“Avtovağzal” stansiyasının üst hissəsində yerləşən meydançadan piyadaların, nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın rahat hərəkətinə imkan yaradacaq.

    Yeni yol hissəsinin ümumi uzunluğu 44, eni isə 20 metr təşkil edir.

    Görülən işlər çərçivəsində piyadaların təhlükəsiz hərəkəti nəzərə alınaraq uzunluğu 33, eni 3 metr olan piyadalar üçün səki də tikilib. Buna paralel olaraq piyadaların təhlükəsizliyi məqsədilə piyada keçidi salınıb.

    Qeyd edək ki, görülən işlər “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi