Yuxarı
    Bağlamaq

    Bakıda metrokartların istifadəsi ilə bağlı yaranmış problemə aydınlıq gətirilib - YENİLƏNİB

    Sərnişin balansına gediş yükləmək istədikdə, kartın öz qiyməti, yəni 2 manat onun balansına yüklənilir

    Bakı. 8 avqust. REPORT.AZ/ Metropoliten işçilərindən birinin “Report”a verdiyi məlumata görə, kartlara blok qoyulması ora gediş yüklənməsinin qarşısının alınması üçündür. Sərnişin balansına gediş yükləmək istədikdə, kartın öz qiyməti, yəni 2 manat onun balansına yüklənilir və sərnişin həmin karta əlavə gediş yükləyə bilməz. Hesabdakı 2 manat bitdikdən sonra “Metrokart” istifadə üçün yararsız olacaq və sərnişinlər “Bakıkart” almalıdırlar.

    *** 10:42

    Bakı. 8 avqust. REPORT.AZ/ Bakıda metrokartların istifadəsi vaxtından əvvəl dayandırılıb. Metro sərnişinlərinin “Report”a veridiyi məlumata görə, hazırda “28 May”, “Azadlıq” və “Cəfər Cabbarlı” stansiyalarının girişində sərnişin sıxlığı yaşanır, sərnişinlər kartlarının işləməməsindən şikayətlənir.

    Kartlarının vaxtından əvvəl blok olunduğunu deyən şikayətçilər, nə hesablarına gediş yükləyə bilirlər, nə metroya daxil ola bilirlər.

    Sərnişinlər bildiriblər ki, onlar kart analizi üçün “Cəfər Cabbarlı” stansiyasına göndəriliblər.

    Bəzi narazı sərnişinlərin isə stansiyaya ödənişsiz daxil olmaqlarına icazə verilib.

    Kartları blok olunan sərnişinlər kart analizi üçün gəldikləri “Cəfər Cabbarlı” və “28 May” stansiyalarında da analoji vəziyyətin müşahidə olunduğunu deyiblər.

    Qeyd edək ki, bu gündən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılıb. Əvvəlcədən elan edilib ki, "Metrokart"ın istifadəsi sentyarın 30-dan etibarən dayandırılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi