​Məşğulluq orqanlarına müraciət etmiş 33 min şəxs işlə təmin edilib

​Məşğulluq orqanlarına müraciət etmiş 33 min şəxs işlə təmin edilib Bu rəqəm cari ilin I rübündə qeydə alınıb
İnfrastruktur
10 Aprel , 2016 12:06
​Məşğulluq orqanlarına müraciət etmiş 33 min şəxs işlə təmin edilib

Bakı. 10 aprel. REPORT.AZ/ İlin ilk rübündə məşğulluq orqanlarına müraciət etmiş şəxslərdən ümumilikdə 33,3 min nəfəri müvafiq işlə təmin edilib.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2016-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, prezidentin müvafiq tapşırığına uyğun olaraq əhalinin məşğulluğunu artırmaq məqsədilə rüb ərzində dövlət şirkətləri ilə birgə səmərəli fəaliyyət həyata keçirilib.

"Bu şirkətlər tərəfindən qısa müddətdə məşğulluq orqanlarına 18 minə yaxın yeni vakansiya barədə məlumat təqdim edilib və işaxtaran kimi qeydiyyata alınmış şəxslər göndərişlərlə həmin iş yerlərində müvafiq işlə təmin olunub. Bundan əlavə, məşğulluq orqanlarına təqdim edilmiş vakansiyalar üzrə 13 minə yaxın işaxtaran şəxs yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilən abadlıq və təmir-tikinti işlərinə cəlb edilib və bu şəxslərlə əmək müqavilələri bağlanıb. İlin ilk rübündə məşğulluq orqanlarına müraciət etmiş şəxslərdən ümumilikdə 33,3 min nəfəri müvafiq işlə təmin edilib", - deyə S.Müslümov qeyd edib.

O bildirib ki, fevralın 1-dən işsizlik müavinətinin minimum məbləği 36,4 faiz, bu məqsədə ayrılan büdcə vəsaitinin məbləği isə 2,4 dəfə artırılıb. Bu əlavə maliyyə imkanları işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də vətəndaşların işsiz qalma risklərinin qarşılanmasına yönəldilib.

"Əmək münasibətlərinin şəffaflaşdırılmasını təmin edən və əmək bazarı ilə bağlı dolğun və obyektiv informasiya bazası formalaşdıran əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi əmək münasibətlərinə birbaşa və operativ nəzarətin həyata keçirilməsinə imkan yaradıb. Bu sistemin məlumatına əsasən, 2016-cı ilin 1 yanvar tarixinə nisbətən muzdla işləyənlərin sayı 3 ay ərzində 6,6 min nəfər artaraq 1 aprel tarixinə 1256,7 min nəfər (Naxçıvan MR və əmək müqavilələri kağız üzərində bağlananlar istisna olmaqla) təşkil edib", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi