Yuxarı

Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında sıxlıq yaranıb

Paytaxtın mərkəzinə doğru avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin Yusif Səfərov küçəsindən paytaxtın mərkəzinə doğru istiqamətdə nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

"Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, yolda əsas sıxlıq Mərkəzi Neftçilər Xəstəxanasının qarşısında müşahidə edilir. 

Eyni zamanda, Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Üzeyir Hacıbəyov küçəsi, Abbasqulu ağa Bakıxanov küçəsi (Rusiya səfirliyi istiqamətində), habelə Nobel prospektində ("Port Baku" istiqamətində), Binəqədi şosesi və Tbilisi prospektində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi