Yuxarı

Mərkəzi Bank inkassasiya və təhlükəsizlik avtomobillərinin alınması üçün müqavilə imzalayıb

AMB nağd pul və qiymətlilərin daşınmasını üçün avtomobillərin alınmasına dair tenderin nəticələrini açıqlayıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankında (AMB) nağd pul və qiymətlilərin daşınmasını təmin etmək üçün inkassasiya və təhlükəsizlik avtomobillərinin satın alınması ilə əlaqədar tenderin nəticələri açıqlanıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, Tender Komissiyasının qərarı ilə “İnkas Armored” şirkəti 2 ədəd inkassasiya avtomobilinin satın alınması, “Eurocom GmbH.” şirkəti isə 2 ədəd təhlükəsizlik avtomobilinin satın alınması üzrə qalib elan olunub.

Qalib şirkətlərlə müvafiq müqavilələr bağlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi