Yuxarı

Mənzil İnşaatı Dövlət Agentliyində Apellyasiya Şurası yaradılıb

Qurumun ilk iclası keçirilib

Bakı. 24 avqust. REPORT.AZ/ Prezident İlham Əliyevin "Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq, Mənzil İnşaatı Dövlət Agentliyində Apellyasiya Şurası yaradılıb. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, avqustun 17-də Apellyasiya Şurasının ilk iclası keçirilib. İclasda təşkilati məsələlər müzakirə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi