Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) MMC rabitə avadanlıqlarının satın alınmasını kortirovkalar üsulu ilə həyata keçirmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Respublika" qəzetində dərc edilən bildirişdə qeyd edilib.
Bildirilib ki, maraqlananlar Bakı şəhəri, Atatürk prospekti,57C ünvanı, telefon: (+99412) 436-38-35 əlaqə saxlaya bilərlər. Kortirovka sorğusunda iştirak etmək istəyənlərin sənədləri avqustun 8-i saat 17:00-dək qəbul edilir.