Yuxarı

Mənzil İnşaatı Dövlət Agentliyi alacağı avtomobilləri müəyyənləşdirib

Agentliyin keçirdiyi tenderdə Auto Azerbaijan və Performance Center şirkətləri qalib gəlib

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan "MİDA" MMC tərəfindən nəqliyyat vasitələrinin satın alınması üzrə keçirilən tenderin qalibləri müəyyənləşib. "Report" xəbər verir ki, tenderdə iki şirkət qalib olub.

İyunun 25-dən avqustun 10-dək keçirilmiş açıq tenderdə “Auto Azerbaijan” MMC və “Performance Center” MMC qalib müəyyən edilib.

Qeyd edək ki, “Auto Azerbaijan” şirkəti "Hyundai", "Chrysler" və "Peugeot", "Performance Center" isə "Chevrolet" və "Cadillac" avtomobil brendlərinin Azərbaycandakı rəsmi dilerləridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi