Məlumat Bürosu: Bakı aeroportu normal qaydada işləyir

Məlumat Bürosu: Bakı aeroportu normal qaydada işləyir "Yalnız bəzi reyslərdə 20-25 dəqiqəlik gecikmə müşahidə olunur"
İnfrastruktur
9 Yanvar , 2015 10:18
Məlumat Bürosu: Bakı aeroportu normal qaydada işləyir

Bakı. 9 yanvar. REPORT.AZ/ Ötən gündən etibarən Bakı şəhərində güclü qar və küləyin əsməsinə baxmayaraq, Heydər Əliyev Hava Limanından aviareyslərin yerinə yetirilməsində hər hansı ciddi problem müşahidə olunmur. Bu barədə "Report"a Bakı aeroportunun Məlumat Bürosundan məlumat verilib.

"Bakıdan yerinə yetirilən ölkədaxili və beynəlxalq aviareyslərdə demək olar ki, təxirəsalmalar yoxdur. Bəzi reyslər üzrə 20-25 dəqiqəlik gecikmələr müşahidə olunur. Bakıya həyata keçirilən resylər də qrafik üzrə yerinə yetirilir", - deyə hava limanından bildirilib.

Xatırladaq ki, qarlı hava ilə əlaqədar Bakıda nəqliyyatın hərəkətində müəyyən problemlər yaranıb.

Son xəbərlər

Orphus sistemi