Məhərrəm Səfərli: "AZAL-da əmək haqqı problemi yoxdur"

Məhərrəm Səfərli: "AZAL-da əmək haqqı problemi yoxdur" İddialara görə, AZAL-ın bəzi əməkdaşları iki aydır əmək haqqı almır
İnfrastruktur
5 Mart , 2015 17:31
Məhərrəm Səfərli: AZAL-da əmək haqqı problemi yoxdur

Bakı. 5 mart. REPORT.AZ/ Bir sıra KİV-də “Azərbaycan Hava Yolları”nın (AZAL) öz işçilərinə əmək haqqını verə bilmədiyi barədə məlumatlar yayılıb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin “Report”a verdiyi məlumata görə, bu iddialar əsassızdır. O qeyd edib ki, heç bir şöbədə əmək haqqı ilə bağlı problem yoxdur və bu məlumatlar həqiqətəuyğun deyil.

Qeyd edək ki, iddialara görə, AZAL-ın “Azəraeronaviqasiya” və Mühafizə Xidmətinin əməkdaşları iki aydır əmək haqqı almır.

Son xəbərlər

Orphus sistemi