MDB ölkələrində sənaye və daşıma sektoru geriləyib

MDB ölkələrində sənaye və daşıma sektoru geriləyib Bu ilin iki ayında sənayedə istehsal 0,7%, daşıma sektorunda isə 1,6% azalıb
İnfrastruktur
3 May , 2016 19:00
MDB ölkələrində sənaye və daşıma sektoru geriləyib

Bakı. 3 may. REPORT.AZ/ MDB ölkələrində bu ilin iki ayında sənaye sektorunda istehsal və daşımanın həcmi azalıb. Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Rusiya və Ermənistanda sənayedə istehsal bu ilin yanvar-fevral aylarında 0,7% azalıb. Bu, qeyd edilən dövlətlərin Dövlət Statistika Komitələrinin açıqladığı məlumatda öz əksini tapıb.

İlin ilk ayında sənayedə istehsal Ermənistanda 9,9%, Tacikistanda 9,8%, Özbəkistanda 7%, Ukraynada 2,9% artıb. Eyni dövrdə Azərbaycanda 0,1%, Qazaxıstanda 0,3%, Belarus 5,6%, Rusiyada 0,7% və Qırğızıstanda isə 34,8% azalma qeydə alınıb.

Açıqlanan məlumatlara əsasən, qeyd edilən müddətdə MDB ölkələrində daşıma sektorunun həcmi təxminən 1,6% azalıb.

Belə ki, yanvar-fevral aylarında daşımanın həcmində Tacikistanda 2,6%, Qırğısıstanda 4,6%, Ermənistanda 80,9% artım olduğu halda, bu göstərici Qazaxıstanda 0,6%, Azərbaycanda 5,1%, Belarusda 22%, Moldovada 19,7%, Rusiyada 0,6% və Ukraynada 0,4% geriləyib.

Qeyd edək ki, MDB ölkələrində 2015-ci ilin analoji dövründə sənaye sektorunda istehsal həcmi 3,3%, daşıma sahəsində isə 2,4% azalıb. 

Son xəbərlər

Orphus sistemi