Yuxarı
    Bağlamaq

    MDB Dövlətləri Dəmir Yolu Nəqliyyatı Şurasının növbəti iclasının yeri müəyyənləşib

    İclasın sonunda yekun protokol imzalanıb

    Tbilisi. 19 may. REPORT.AZ/ MDB Dövlətləri Dəmir Yolu Nəqliyyatı Şurasının Tbilisidə keçirilən 64-cü iclası başa çatıb. "Report" xəbər verir ki, iclasda yekun protokol imzalanıb, 65-ci iclasın bu ilin oktyabr-noyabr aylarında Estoniyanın paytaxtı Tallinn şəhərində keçirilməsi qərara alınıb.

    İki gün davam edən iclasda qurumun 63-cü iclasının qərarlarının icrası, 2015-ci il və 2016-cı ilin birinci rübü üzrə dəmir yolu şəbəkələrinin istismar fəaliyyəti, bu dövrlər üzrə beynəlxalq istiqamətdə sərnişin kompleksinin fəaliyyəti, 2016-2017-ci illər üçün qatarların hərəkət cədvəlinin normativləri, 2015-ci il üzrə konteynerlərin siyahıyaalınmasının yekunları, beynəlxalq daşınmalarda vahid pəncərə sisteminin və rəqabətədavamlı vahid tarif sisteminin tətbiqi məsələləri təsdiq edilib.

    Bununla yanaşı, Şura Müdiriyyətinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi üçün xərclər Smetası, Dəmir yolu Administrasiyalarının İnformasiya-Hesablama Mərkəzinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi smetasının yerinə yetirilməsi və bu smetanın icrası üzrə yoxlamalarının yekunları da əsas müzakirə mövzusu olub.

    İclasda dəmir yolu işinin təkmilləşdirilməsində fərqlənən MDB dəmiryolçularının bir neçəsi Şuranın Fəxri fərmanları ilə təltif edilib.

    İclasın sonunda Şura üzvlərinin yekun protokolu imzalanıb.   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi