Bakının kirayə mənzil bazarında aktivlik azalıb

Bakının kirayə mənzil bazarında aktivlik azalıb Qiymətlər 17% artaraq 970 dollar/mənzil, hər 1 kv.m-ə görə isə kirayə haqqı isə 3% azalıb
İnfrastruktur
30 Dekabr , 2014 12:35
Bakının kirayə mənzil bazarında aktivlik azalıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Bakı şəhərinin kirayə mənzil bazarında təklif olunan mənzillərin əksər hissəsi böyük sahəyə malik olduğundan, bazarda aktivliyin azalmasına baxmayaraq, qiymətlər 830 dollar/mənzildən 16,87% artaraq 970 dollar/mənzil dəyərində qərarlaşıb. "Report"un verdiyi xəbərə görə, bu barədə "MBA Ltd." qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabatda bildirilir.

Bazarda aparılan əməliyyatların sayı 1,36% azalaraq 145 ədəd təşkil edib. Hər 1 kv.m-ə görə isə kirayə haqqı 2,8% azalaraq 11,80 dollardan 11,47 dollara düşüb. Nəzərə alsaq ki, noyabrda bazara təklif edilən kirayə mənzillərin ümumi sahəsində artım qeydə alınıb, o zaman hər mənzilə görə qeyd edilən azalmanı normal hesab etmək olar.

Hesabat ayında tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1000 dollardan yuxarı) payı artaraq 40%, ucuz evlərin (aylıq kirayə haqqı 500 dollara qədər) payı isə azalaraq 18,0% olub, orta qiymətə (500-1000 dollar arasında) kirayə evlərinin payı isə uyğun 42,0% təşkil edib.

Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olub, tələb portfelinin bir qismini isə qısamüddətli (1-2 ay) kirayə müqavilələri bağlayanlar təşkil edib.

Noyabr ayında kirayə mənzil bazarında təklifin həcmi 18% artaraq 272 mənzil təşkil edib. Aktivliyin azalması nəticəsində təklif portfelində artımın əsas səbəbi qeyri-mövsümi ayların olması ilə əlaqədardır. Nəzərə alsaq ki, qış aylarında tikinti sektorunda olan durğunluq nəticəsində Bakıya kənar şəhərlərdən gələn və kirayə evlərə ehtiyacı olan işçilərin azlıq təşkil etməsi, kirayə mənzil bazarında boş mənzillərin sayının artmasına gətirib çıxarıb.

Ay ərzində xüsusən də təklif portfelində daha çox baha qiymətə olan evlərin payının artması həmin seqmentə tələbin aşağı olması ilə bağlı olub. Hesabata əsasən kirayə mənzil bazarında 2 və 3 otaqlı mənzillər üstün paya malik olub.

Son xəbərlər

Orphus sistemi