Yuxarı

Mayın 23-də Bakı-Barselona aviareysi açılır

Uçuşlar şənbə günləri həyata keçiriləcək

Bakı. 8 may. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC Bakıdan Barselonaya (İspaniya) birbaşa uçuşlar təşkil edəcək. Bu marşrutla aviareyslərə mayın 23-dən etibarən başlanacaq. 

AZAL-dan “Report”a verilən məlumata görə, uçuşlar həftədə bir dəfə, şənbə günləri həyata keçiriləcək. Bakıdan 07:00-da hərəkət edəcək təyyarə yerli vaxtla 12:45-də Barselonada eniş edəcək, eyni gün yerli vaxtla 14:00-da Barselonadan havaya qalxacaq və 19:10-da Bakıya çatacaq.

Qeyd edək ki, aviabiletlərin qiyməti 520 manatdan başlayır və uçuşlar "Airbus-320" təyyarəsi ilə həyata keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi