Mayın 15-dən Gəncə-Naxçıvan aviareyslərinə başlanılır

Mayın 15-dən Gəncə-Naxçıvan aviareyslərinə başlanılır Marşrut üzrə bir tərəfə aviabiletin qiyməti 60 manatdır
İnfrastruktur
11 Aprel , 2016 14:05
Mayın 15-dən Gəncə-Naxçıvan aviareyslərinə başlanılır

Bakı. 11 aprel. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC mayın 15-dən etibarən Gəncədən Naxçıvana müntəzəm aviareyslərə başlayacaq. AZAL-ın mətbuat xidmətindən "Report"a bildirilib ki, Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. 

Gəncə Beynəlxalq Hava Limanından uçuş saat 12:55-də, Naxçıvan Beynəlxalq Hava Limanına eniş saat 14:25-də, Naxçıvandan uçuş saat 15:05-də, Gəncəyə eniş isə saat 16:40-da yerinə yetiriləcək. Uçuş müddəti 1,5 saat təşkil edir ki, bu da uçuşun münaqişə zonasından yan keçməklə təhlükəsiz ərazilər üzərindən həyata keçirilməsi ilə bağlıdır.

Ölkədaxili sərnişin daşımalarının qiymətini tənzimləyən Tarif Şurası bu marşrut üzrə bir tərəfə aviabiletin qiymətini 60 manat məbləğində təyin edib. Aviareyslər "Embraer E-190" laynerləri ilə həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi