​Mayda plaskart vaqonlar yenidən Bakı-Tbilisi xəttinə buraxılacaq

​Mayda plaskart vaqonlar yenidən Bakı-Tbilisi xəttinə buraxılacaq İlin əvvəlində istismardan çıxarılan plaskart vaqonlar Ukraynaya təmirə göndərilib
İnfrastruktur
14 Yanvar , 2015 15:28
​Mayda plaskart vaqonlar yenidən Bakı-Tbilisi xəttinə buraxılacaq

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakı-Tbilisi-Bakı marşrutu ilə həyata keçirilən dəmir yolu reyslərində istismar olunan sərnişin qatarlarına "plaskart" tipli vaqonlar yenidən bu ilin may ayında qoşulacaq. Bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov deyib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən xətdən çıxarılan plaskart vaqonlar təmirə göndərilib: "Vaqonlar təmirlə əlaqədar qatardan açılıb. Hazırda Bakı-Ağstafa istiqamətində plaskart vaqonlar var. Əslində onlara tələbat da çox deyil. Hər dəfə cəmi 4-5 bilet satılırdı. Amma buna baxmayaraq, həmin vaqonları yenidən qatara qoşacağıq. Təxminən may ayına qədər vaqonlar təmirdən qayıdacaq".

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov isə "Report"a bildirib ki, plaskart vaqonlar hazırda Ukraynada təmir edilir.

Xatıraladaq ki, bir müddət əvvəl Bakı-Tbilisi istiqamətində hərəkət edən qatarlardan plaskart vaqonlar açılıb. Yayılan bəzi qeyri-rəsmi məlumatlara görə, həmin vaqonlar yalnız bayram günlərində xəttə buraxılacaq.

Son xəbərlər

Orphus sistemi