Mayda Azərbaycanda bir sıra yeni avtomobil modelləri bahalaşacaq

Mayda Azərbaycanda bir sıra yeni avtomobil modelləri bahalaşacaq Avtodilerlər qeyd edir ki, may ayından sonra avtomobil satış qiymətləri sabitləşəcək
İnfrastruktur
3 Aprel , 2015 16:39
Mayda Azərbaycanda bir sıra yeni avtomobil modelləri bahalaşacaq

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycana gətirilən bir sıra yeni avtomobillərin satış qiyməti bu ilin may ayında artırılacaq. Milli valyutanın devalvasiyası səbəbindən ölkəyə gətirilən yeni avtomobil modelləri manat ekvivalentində yeni qiymətlə satılacaq. 

“Report” xəbər verir ki, artıq bir sıra avtodilerlər ölkəyə bir neçə modelin idxalını həyata keçirib. Belə ki, manatın devalvasiyasından sonra qiymətləri təxminən eyni səviyyədə saxlayan “Mazda” və “Mitsubishi" brendlərinin dilerləri artıq yeni modellərini Azərbaycana gətirib. Yeni “Honda” avtomobil modelləri isə aprelin 20-25-də müştərilərə təqdim olunacaq. Hazırkı qiymət sabitliyi isə həmin modellərin hələ devalvasiyadan öncə sifariş verilməsi ilə bağlıdır.

"Honda" nümayəndəsinin sözlərinə görə, hazırda ölkədə olan və bu ayın sonunda ölkəyə gətiriləcək yeni modellərin qiymətləri növbəti aylarda sifariş olunan və alınan avtomobillərdə daha fərqli olacaq. Bunu erkən sifarişlə əlaqələndirən diler nümayəndəsi may ayından etibarən qiymətlərin bahalaşacağını və sabitləşəcəyini bildirib. Aprel ayından təklif olunan qiymətlər isə sözügedən modellərin son endirimli qiymətləri olacaq.

Son xəbərlər

Orphus sistemi