​Maştağa-Bilgəh yolu istifadəyə verilib

​Maştağa-Bilgəh yolu istifadəyə verilib Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb
İnfrastruktur
6 İyun , 2016 11:41
​Maştağa-Bilgəh yolu istifadəyə verilib

Bakı. 6 iyun. REPORT.AZ/ “Azəravtoyol” ASC tərəfindən 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisində son tamamlanma işləri aparılır. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Maştağa-Bilgəh avtomobil yolunun tikintisi “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ı çərçivəsində aparılır.

Uzunluğu 9 km, hərəkət hissəsinin eni isə 7 metr olan avtomobil yolunun asfalt-beton örtüyünün yararsız vəziyyətdə olması, piyada səkilərinin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətində, həm də vətəndaşların rahat və təhlükəsiz hərəkətində problemlər yaradırdı. Artıq bu problemlər tam olaraq aradan qaldırılıb.

Tikinti işləri çərçivəsində yolun eni 9 m-ə qədər genişləndirilib. Bundan başqa yol boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri bərpa olunub, köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yol boyu 81 min kvadratmetr sahəyə 2 qat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənib.

Maştağa-Bilgəh avtomobil yolunun kənarlarına 18 min p/m yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə 1-2 metr enində piyada səkilərinin tikintisi işləri də aparılıb. Yol boyu yeni işıq dirəkləri də quraşdırılıb.

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanlarının quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Ümumiyyətlə avtomobil yolunun yenidən qurulması ilə avtonəqliyyat vasitələrinin inşası davam edən Dənizkənarı Dairəvi yoluna və Zabrat-Maştağa-Buzovna avtomobil yoluna rahat və maneəsiz çıxışı təmin olunub. 

Son xəbərlər

Orphus sistemi