Masazır-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq

Masazır-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq Bakı. 21 iyun. REPORT.AZ/ Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Abşeron rayonu, Masazır-Novxanı yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
İnfrastruktur
21 İyun , 2018 10:48
Masazır-Novxanı yolunda hərəkət məhdudlaşdırılacaq
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Abşeron rayonu, Masazır-Novxanı yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi