Yuxarı
    Bağlamaq

    Masallı-Yardımlı yolunda çökmə baş verib - FOTO

    Hazırda sürüşən əraziyə paralel olaraq, 400 metr məsafədə alternativ yolun çəkilişinə başlanılıb

    Bakı. 9 dekabr. REPORT.AZ/ Masallı-Yardımlı yolunda sürüşmənin aktivləşməsi nəticəsində yolun bir hissəsi çöküb. "Report" xəbər verir ki, çökmə yolun 17-18-ci km-də baş verib və yolun 1.5 metr hissəsini əhatə edib.

    Hazırda 22 saylı Masallı, 23 saylı Yardımlı Yol İstismarı idarələri ərazidə işləyir. Yolun nəqliyyat üçün bağlanmaması məqsədilə çökən ərazilərə daş-çınqıl tökülür. Sürüşən əraziyə paralel olaraq, 400 mert məsafədə alternativ yolun çəkilməsi planlaşdırılır. Bununla bağlı "Azəryolsevis" ASC ilə Yardımlı Rayon İcra Hakimiyyəti arasında danışıqlar aparılır.

    Qeyd edək ki, Masallı-Yardımlı yolu 56 km-dir. Son bir ay ərzində yolun müxtəlif hissələrində çökmə qeydə alınıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi