Yuxarı
    Bağlamaq

    ​Masallı-Astara avtomobil yolunda yeni körpünün inşası başa çatır

    Tikinti işlərinin bu il tamamlanması planlaşdırılır

    Bakı. 24 sentyabr.REPORT.AZ/ Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Masallı-Astara avtomobil yolunda yeni körpünün tikintisi başa çatmaq üzrədir.

    Nəqliyyat Nazirliyindən "Report"a verilən məlumata görə, Lənkəran çayı üzərindən keçəcək körpünün uzunluğu 216,3 metr, eni 28 metrdir. Belə ki, 6 aşırımdan ibarət olacaq körpüdə hazırda özül işləri və nəzərdə tutulan giriş-çıxış yollarında torpaq işləri həyata keçirilir. Layihə üzrə işlərin 11%-i artıq yerinə yetirilib.

    Qeyd edək ki, 2011-ci ilin aprel ayında tikintisinə başlanan körpünün bu il təhvil verilməsi planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi