Yuxarı
    Bağlamaq

    ​"Malayziya Hava Yolları" işçilərin 25%-ni ixtisar edir

    Şirkət bəzi aviareyslərini ləğv edəcək, bəzilərini isə təxirə salacaq

    Bakı. 28 avqust. REPORT.AZ/ "Malayziya Hava Yolları" aviaşirkətində çalışan işçilərin təxminən 25%-i ixtisar olunacaq.

    “Report”un xəbər verdiyi kimi, avqustun 28-də rəsmi açıqlama verən şirkət bəzi aviareyslərini ləğv edəcəyini, bəzilərini isə müəyyən müddətə təxirə salacağını bildirib.

    "Malayziya Hava Yolları"nın açıqlamasında həmçinin işçilərin 25%-nin işdən azad ediləcəyi də qeyd olunub. Bu isə 5-6 min işçi deməkdir.

    Xatırladaq ki, son 5 ay ərzində iki dəfə təyyarəsi qəzaya uğrayan "Malayziya Hava Yolları" böyük zərərlə üzləşib. Şirkət işçilərin işdən azad edilməsinin səbəblərini açıqladığı zaman 25% çalışanın işdən azad edilməsi ilə fəaliyyətin daha da yaxşılaşacağını bildirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi