"​Lufthansa" Bakıya reyslərini təxirə salıb

"​Lufthansa" Bakıya reyslərini təxirə salıb Bunun səbəbi almaniyali pilotların tətil keçirməsi ilə bağlıdır
İnfrastruktur
20 Mart , 2015 15:58
​Lufthansa Bakıya reyslərini təxirə salıb

Bakı. 20 mart. REPORT.AZ/ Almaniyanın "Lufthansa" aviaşirkətinin pilotları tərəfindən artıq 3 gündür keçirilən tətili Frankfurtdan Bakıya həyata keçirilən uçuşlara da təsir edib. Bu gün saat 21:25-də həyata keçirilməli olan Frankfurt-Bakı reysi və 22:05-ə olan Bakı-Aşqabad reysləri təxirə salınıb.

"Report"un Bakı beyxalq aeroportuna istinadən verdiyi xəbərə görə, təxirəsalma "Lufthansa" aviaşirkətindəki tətillə əlaqədardır. Şirkət rəhbərliyi ilə həmkarlar ittifaqı arasında pilotların vaxtından əvvəl pensiyaya çıxması və tərəflər arasındakı tarif müqaviləsinin şərtlərinə yenidən baxılması ilə bağlı hələ də ümumi razılıq əldə olunmayıb. 

Bu uçuşların nə vaxt gerçəkləşəcəyi isə hələlik məlum deyil. Həmçinin aeroportdan bildirilib ki, qrafiklə bu gecə 04:55-ə nəzərdə tutulan Bakı-Frankfurt reysi isə hələ ki, təxirə salınmayıb. Amma həmin reys barədə daha dəqiq məlumat saat 20:00-dan sonra veriləcək.

Bildirək ki, "Lutfhansa" aviaşirkəti Bakı-Frankfurt uçularını həftədə 4 dəfə (I,III, V və VI günlər, geriyə dönüşü isə II, IV, V və bazar günləri) həyata keçirir.

Qeyd edək ki, "Lufthansa" pilotlarının tətili bu gün 1 400 reysdən 790 reysin təxirə salınması ilə nəticələnib. Bu, ümumilikdə 94 min sərnişini əhatə edib. Tətilin sabah da davam edəcəyi gözlənilir. 

Xatırladaq ki, dünya miqyasında ötən ilki tətillər aviaşirkətə ümumilikdə 232 mln. avro zərər vurub.

Son xəbərlər

Orphus sistemi