"Lufthansa" "Alitalia"nın səhmləri ilə maraqlanır

"Lufthansa" "Alitalia"nın səhmləri ilə maraqlanır Bakı. 11 aprel. REPORT.AZ/ Almaniyanın Lufthansa aviaşirkəti 20 ilə yaxındır ki, zərərlə işləyən Alitalia aviaşirkətinin səhmlərini almaq istəyir.
İnfrastruktur
11 Aprel , 2018 16:50
Lufthansa Alitalianın səhmləri ilə maraqlanır

Bakı. 11 aprel. REPORT.AZ/ Almaniyanın "Lufthansa" aviaşirkəti 20 ilə yaxındır ki, zərərlə işləyən "Alitalia" aviaşirkətinin səhmlərini almaq istəyir. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Lufthansa"nın açıqlamasında bildirilir. 

Almanlar İtaliya aviadaşıyıcısında aparılacaq restrukturizasiyanı gözləyirlər. 

Xatırladaq ki, Böyük Britaniyanın "EasyJet" və Macarıstanın "WizzAir" aşağı büdcəli aviaşirkətləri "Alitalia"da maraqlarının olduqlarını açıqlayıblar. Bir qədər əvvəl isə Avropa mətbuatı Fransanın "Air France-KLM" şirkətinin və "Cerebrus" investisiya şirkətinin "Alitalia" üçün müştəri olmaq istədiklərini yazıb. Amma bu xəbəri həmin şirkətlər təsdiqləməyib. 

Xatırladaq ki, "Alitalia" 1999-cu ildən başlayaraq böhran vəziyyətindədir. 2016-cı ildə şirkətin zərəri, təxminən, 500 mln. avro olub. Ötən ilin may ayında "Alitalia" müflis olduğunu bəyan edib. İtaliya hökuməti 11 min nəfərin çalışdığı aviaşirkəti xilas etməyə çalışır. 

Son xəbərlər

Orphus sistemi