London polisi AZAL-ın bələdçilərini saxlayıb

London polisi AZAL-ın bələdçilərini saxlayıb Bakı-London aviareysinin sərnişini onlardan polisə şikayət edib
İnfrastruktur
25 Yanvar , 2017 11:57
London polisi AZAL-ın bələdçilərini saxlayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Yanvarın 24-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.

AZAL-ın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.

Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə London aeroportunun polisi tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi