London mütəxəssisləri Bakı Metropoliteninin polisi üçün treninq keçirir

London mütəxəssisləri Bakı Metropoliteninin polisi üçün treninq keçirir Təlimlər “Bakı Metropoliteni” QSC-nin digər əməkdaşları üçün də təşkil ediləcək
İnfrastruktur
3 İyun , 2015 16:51
London mütəxəssisləri Bakı Metropoliteninin polisi üçün treninq keçirir

Bakı. 3 iyun. REPORT.AZ/ İyunun 12-28-də keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Bakı Metropolitenin fəaliyyətində bir sıra yeniliklər edilir. 

“Report” “Bakı Metropoliteni” QSC-yə istinadən bildirir ki, Avropa Oyunları ilk dəfə keçirilsə də, Olimpiya oyunları təcrübəsi olan şəhərlərin metropolitenlərinin nümunəsi Bakı üçün əhəmiyyətli ola bilər.

“Bakı Metropoliteni”nin rəhbərliyi 2012-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmiş London şəhərinin təcrübəsinə müraciət edib. Metropolitenin dəvəti ilə Böyük Britaniya paytaxtında metropoliten şəbəkəsini də əhatə edən “Transport for London” şirkətinin mütəxəssisləri dünəndən təhlükəsizliyin təminatı ilə bağlı metropoliteninin mühafizəsi üzrə polis şöbəsinin əməkdaşları ilə treninqlərə başlayıblar. 5 gün davam edəcək seminarlarda “Transport for London”un infrastruktur məsələləri və əməliyyat üzrə proqram direktoru Corc Makaynalti (George Mcİnulty) və mütəxəssis Hyu Makkey (Hugh Mackay) London metrosunun təcrübəsi ilə bölüşərək xüsusi proqram əsasında seminarlar keçir, bu dövrdə işin təşkili və idarə olunması prinsiplərindən söz açır, tövsiyələrini verirlər.

Treninqin ilk təliminin mövzusu polis əməkdaşlarının davranış qaydalarında sosial-psixoloji məsələlərə diqqət edilməsi oldu. Digər bir məsələ polisin iş vaxtı diqqət etməli olduğu nüanslar, onlara kompleks və fərdi yanaşma metodları və konkret məqamları ilə bağlıdır.

C.Makaynalti London Olimpiya Oyunları təcrübəsinə əsasən, açılış və bağlanış mərasimləri və yarışların keçirildiyi arenalar və onlara yaxın metro stansiyalarında iş prinsiplərinin təşkili, bundan başqa həmin arenalarda yarışların başlama və başa çatma saatlarına uyğun olaraq, bəzi məsələlərin polis şöbəsi əməkdaşlarının diqqətinə çatdırıbar.

Qeyd edək ki, təlimlər “Bakı Metropoliteni” QSC-nin digər əməkdaşları üçün də təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi