Lökbatan dairəsi istiqamətində yolların cizgi xətləri yenidən rənglənəcək

Lökbatan dairəsi istiqamətində yolların cizgi xətləri yenidən rənglənəcək Bu tədbirlər mayın 4-dək davam edəcək
İnfrastruktur
1 May , 2017 16:34
Lökbatan dairəsi istiqamətində yolların cizgi xətləri yenidən rənglənəcək

Bakı. 1 may. REPORT.AZ/ Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi üçün Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 11-72 ci km-lik hissəsində hər iki istiqamət üzrə (Lökbatan dairəsi-Qaradağ postu) may ayının 1-dən 4-nə kimi səhər saat 10:00-dan etibarən axşam saat 19:00-a kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu, “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumatda qeyd edilib. 

"Müvafiq işlərlə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi