​Litva "İpək Yolu"na qoşulub

​Litva "İpək Yolu"na qoşulub "Vikinq" layihəsi Litva, Belarus, Ukraynanın təşəbbüsü ilə 2003-cü ildən fəaliyyətə başlayıb
İnfrastruktur
2 Fevral , 2016 17:21
​Litva İpək Yoluna qoşulub

Bakı. 2 fevral. REPORT.AZ/ Litva hökuməti "Vikinq" layihəsi ilə Ukraynadan keçərək, Çinədək gedən "İpək Yolu"na qoşulmaq haqda qərar qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, məlumatı Ukrayna hökumətinin mətbuat xidməti yayıb.

Məlumata görə, məsələ ilə bağlı Ukrayna hökuməti ilə Litva arasında memorandum imzalanıb.

"Bu o deməkdir ki, Avropa İttifaqı ilə əməkdaşlıq və razılaşmanın həyata keçməsi çərçivəsində "İpək Yolu" azad ticarət zonası layihəsinə Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstanla yanaşı, İttifaqa üzv ölkələr də qoşulacaq", - deyə Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib.

"Vikinq" layihəsi Litva, Belarus, Ukraynanın təşəbbüsü ilə 2003-cü ildən fəaliyyətə başlayıb.

Rusiyadankənar keçən "İpək Yolu" ilə ilk sınaq yükü 2016-cı il yanvarın 15-də Ukraynanın İliçevsk limanından yola salınıb. İlk konteynerlər Gürcüstan, Azərbaycan, Qazaxıstan ərazilərindən keçərək Çinə çatıb. 

Son xəbərlər

Orphus sistemi