Lənkəranda çoxmənzilli binaların əsaslı təmiri və bərpasına 7,5 milyon manat ayrılıb

Lənkəranda çoxmənzilli binaların əsaslı təmiri və bərpasına 7,5 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
7 İyun , 2017 18:12
Lənkəranda çoxmənzilli binaların əsaslı təmiri və bərpasına 7,5 milyon manat ayrılıb

Bakı. 7 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədlə Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi