​Lənkəran-Moskva aviareysi təxirə salınıb

​Lənkəran-Moskva aviareysi təxirə salınıb Aviareysin təxirə salınmasına səbəb Moskvada qar və çovğunun olmasıdır
İnfrastruktur
20 Yanvar , 2016 10:51
​Lənkəran-Moskva aviareysi təxirə salınıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Bu gün Lənkəran şəhərindən Moskva şəhərinə yerinə yetirilməsi nəzərdə tutulan “U 2422” aviareysi Rusiyanın paytaxtında pis hava şəraiti ilə əlaqədar təxirə salınıb.

“EK Alyans”dan “Report”a verilən məlumata əsasən, son günlər qonşu ölkədə güclü qar və çovğunun olması səbəbindən bir çox təyyarə reysi təxirə salınıb: “Ural Airlines" aviaşirkətinə məxsus “Airbus A321” təyyarəsi Bakı vaxtı ilə saat 13:50-də Lənkərandan uçmalı və 16:55-də Moskvaya eniş etməli idi”.

Şirkətdən bildirilib ki, bu reys üçün bilet alan sərnişinlərə əvvəlcədən xəbərdarlıq edilib: “Bütün sərnişinlərə zəng edib artıq xəbərdarlıq etmişik. Hava şəraiti düzələn kimi bilet alanlar digər reyslərlə yola salınacaq”.

Sözügedən marşrut üzrə şirkət həftədə iki dəfə (VII və III/V günlər) uçuş həyata keçirir. Bu istiqamət üzrə biletlərin qiyməti bir tərəfə 165 manat, hər iki istiqamətdə isə 345 manatdır.

Qeyd edək ki, Moskva aeroportlarında qar və çovğun səbəbindən aviareyslərin yerinə yetirilməsi ilə bağlı yaranan vəziyyət mürəkkəb olaraq qalmaqdadır. “Domodedovo”da aerodrom ərazisinin qardan təmizlənməsinə 50 ədəd xüsusi texnika cəlb olunub. “Vnukovo” və “Şeremetyevo”da da vəziyyət kritikdir.

Azərbaycan Hava Yolları” QSC-dən isə “Report”a bildirilib ki, şirkətin bu istiqamətdə olan reysləri təxirə salınmayıb.

Son xəbərlər

Orphus sistemi